...

Orta məktəblərdə son zəng çalınacaq

Cəmiyyət Materials 24 May 2007 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/müx. "TrendLife" Fərid Sadıxov / 2006-2007-cı tədris ilinin başa çatması ilə əlaqədar bütün orta məktəblərdə son zəngə hazırlıq tədbirləri görülür. Təhsil Nazirliyindən "TrendLife"a bildirilib ki, son zəng tədbirləri mayın 31-də keçiriləcək. Həmin gün ölkədə fəaliyyət göstərən 4542 ümumtəhsil məktəbində təhsil alan 100 minə yaxın 11-ci sinif məzunları üçün son zəng çalınacaq.

Qeyd edək ki, hər il olduğu kimi bu dəfə də Bakıdakı təhsil müəssisələrinin məzunları bu əlamətdar günü Milli Parkda qeyd etməyi planlaşdırırlar. Bununla əlaqədar həmin gün dənizkənarı bulvarda asayişin qorunması məqsədilə əraziyə əlavə polis qüvvəsi ayrılacaq. Bu barədə "TrendLife"a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Xatırladaq ki, ötən illərdə dənizkənarı bulvarda qeyd olunan son zəng gəzintiləri məktəblilər arasında baş vermiş xoşagəlməz hadisələrlə müşayiət olunub.

.

Xəbər lenti

Xəbər lenti