...

Çəkmək qadağandır!

Cəmiyyət Materials 25 May 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /müx. "TrendLife" VüqarVüqarlı/ Siz yəqin ki, nə vaxtsa muzeylərdə olmusunuz. Əgər olmusunuzsa, onda jurnalistlərlə bağlı kiçik bir detalı müşahidə etmisiniz. Azərbaycanın muzeylərində eksponatların fotoşəklini çəkmək qadağandır! Nə Luvr, nə də Tretyakov qalereyasında belə bir şey mümkün deyil. Muzey əməkdaşı isə elə hey azyaşlı uşağı başa salırmış kimi bizə deyir ki, fotoaparatın işığı eksponatları korlayır. Sanki biz 19-cu əsrdən qalan "indi burdan quş çıxacaq" aparatlarından istifadə edirik, rəqəmsal texnikadan yox. Əgər belə getsə, biz özümüzü dünya tarixindən siləcəyik. Çünki heç kimə heç nəyi sübut edə bilməyəcəyik.

Xəbər lenti

Xəbər lenti