...

Azərbaycan yığması Türkiyədə yoldaşlıq görüşü keçirəcək

Cəmiyyət Materials 25 May 2007 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın gənclərdən ibarət millisi (U-19) Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Türkiyəyə yollanıb.

AFFA-dan verilən məlumata görə, burada komandamız Türkiyənin regional yığması ilə oyun keçirəcək. Ardınca millimiz Osloya yola düşəcək. Qeyd edək ki, məhz bu şəhərdə qitə birinciliyinin ikinci seçmə mərhələ oyunları keçiriləcək.

Yığmanın əsasını Ağdamın "Qarabağ" klubunun futbolçuları təşkil edir. Bu klubdan milliyyə səkkiz oyunçu dəvət olunub. Eyni zamanda, komandaya "Xəzər-Lənkəran"da çıxış edən yarımmüdafiəçi Rahid Əmirquliyev dəvət edilib.

Xəbər lenti

Xəbər lenti