...

"Hertodenboş" Çempionlar kubokunun "A" qrupunun liderliyinə yüksəlib

Cəmiyyət Materials 26 May 2007 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Hollandiyanın "Hertodenboş" klubu Bakıda keçirilən qadınlar arasında otüstü xokkey üzrə Çempionlar kubokunun "A" qrupunun liderliyinə yüksəlib.

Trend in verdiyi məlumata görə, yarışın favoritlərindən biri sayılan Hollandiya təmsilçisi Borispolun "Kolos"unu darmadağın edib-6:0. Maraqlıdır ki, birinci hissədə hollandiyalılar yalnız bir dəfə fərqlənə biliblər. Lakin ikinci hissədə "Hertodenboş" qısa müddət ərzində rəqibin qapısında beş top keçirməyə müvəffəq olub.

"B" qrupunda isə birinci yerə İngiltərənin "Leçester" klubu çıxıb. İngilislər Rusiyanın "Volqa Telekom" komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Almaniyanın "Berliner" ilə Qrodnonun "Ritm" klubu arasında keçirilən görüş isə heç-heçə başa çatıb.

Xəbər lenti

Xəbər lenti