...

ATƏT-in Bakı ofisinin rəhbəri: "ATƏT Azərbaycanda azad mətbuatın inkişafına dəstəyini davam etdirəcək"

Cəmiyyət Materials 26 May 2007 12:16 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri: "ATƏT Azərbaycanda azad mətbuatın inkişafına dəstəyini davam etdirəcək"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ATƏT Azərbaycanda azad mətbuatın inkişafına dəstəyini davam etdirəcək. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Feraro Ansola məlumat verib.

Ansola qeyd edib ki, onlar Azərbaycanda müstəqil mətbuatın inkişafına uyğun şəraitin yaradılmasını istəyirlər. O bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcək və sərt addımlar atmayacaq.

"ATƏT-in Bakı ofisi kömək və dəstək vermək üçün yaradılıb, bunun üçün fəaliyyət göstərir. Biz heç bir sanksiya tətbiq etmirik", -deyə diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti