...

Hacı Məmmədovun məhkəməsində fasilə elan olunub

Cəmiyyət Materials 29 May 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Apellyasiya Məhkəməsində hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasının qərarından Ali Məhkəməyə verilən kassasiya şikayəti məhkəmədə icraata götürüldüyündən çərşənbə axşamı işin apellyasiya baxışı təxirə salınıb. Belə ki, təqsirlənldirilən şəxslər və vəkillər hazırlıq iclasında verdikləri vəsatətlərin təmin olunmaması barədə qərardan Ali Məhkəməyə şikayət ediblər. Onlar cinayət işinin təkrar məhkəmə baxışına göndərilməsini istəyirlər.

Hakim Yusifov bildirib ki, hazırlıq iclasının qərarından verilmiş kassasiya şikayətinə baxılanadək prosesdə fasilə edan olunur.

Apellyasi Məhkəməsində keçirilən bugünkü prosesdə banda başçısı Məmmmədov və təqsirləndirilən digər 22 nəfər şəxs iştirak edir.

Xatırladaq ki, məhkəmə hökmü ilə Məmmədov ömürlük həbs cəzasına məhkum edilib.

Xəbər lenti

Xəbər lenti