...

Gənc qızlardan ibarət Azərbaycan komandası Nijni Novqorodda keçirilən beynəlxalq turnirin finalında qrup tapşırıqlarında dördüncü yeri tutub

Cəmiyyət Materials 29 May 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Şəkinski/ Bir ayadan sonra Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşan gənc qızlardan ibarət Azərbaycan komandası Nijni Novqorodda keçirilən beynəlxalq turnirin finalında qrup tapşırıqlarında dördüncü yeri tutub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ixtisaslaşma raundundan sonra qızlar 6-cı sıranı tutublar. Amma finalda gürzlərlə olan tapşırıq daha yaxşı yerinə yetirilib və hakimlərin qərarı ilə komanda Rusiya, Bolqarıstan və Belarusdan sonra dördüncü olub.

Bu turnirlə yanaşı Nijni Novqorodda yaşlı qrup kollektivləri arasında da dünya Kuboku yarışları keçirilir. Bizim komanadamız ikili mübarizə və ayrı-ayrı finallarda beş nəticə göstərib.Yarışmanın mükafatçıları Rusiya, İsrail, İspaniya və Ukrayna olub.

Çexiyanın Brno şəhərində Qran-pri mərhələsində çıxış edən Anna Qurbanova 5-ci ən yaxşı nəticəni göstərib. Gürzlərlə finalada o, 16,825 xal toplayıb. Lent ilə (15,95) və çoxnövçülükdə (67,014) o, altıncı yerin sahibi olub. İp (16,5) və halqa (16,025) ilə çıxışda isə yeddinci yerə yiyələnib.

Qran-prinin triumfçuları isə rusiyalı Vera Sesina, Alina Kabayeva və Olqa Kapranova olub.

Rusiyadan sonra bir çox iştirakçı ölkələr Bakıda keçirilən Avropa çempionatına qatılacaq idmançılarını açıqlayıb. Avro-2007-nin favoritləri arasında ukraynalı Anna Bessonova və Nataliya Qodunko, belaruslu İnna Jukova və bolqar Simona Payçeva var.

Azərbaycanın öz komandasının tərkibinə gəldikdə isə, o, yaxın günlərdə məşqçilər korpusu tərəfindən seçiləcək. 3 yerə halqa ilə çıxışla öz mövqeyini yaxşılaşdıraraq dünya reytinqində 28 xalla 7-ci yeri tutan Aliyə Qarayeva, Yaroslavlda beynəlxalq Qala-turnirdə çıxış edən Dinara Gimatova, 1-3 iyunda Bolqarıstanada beynəlxalq yarışda iştirak edəcək Zeynəb Cavadlı iddia edir.

Xəbər lenti

Xəbər lenti