...

Ombudsman sabiq səhiyyə nazirinə qarşı işgəncə faktlarının qeydə alınmadığını bəyan edib

Cəmiyyət Materials 30 May 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Sabiq səhiyyə naziri Əli İnsanova qarşı istintaq təcridxanasında işgəncə faktları qeydə alınmayıb. Bu barədə çərşənbə günü Trend ə ombudsman Elmira Süleymanova məlumat verib. Onun sözlərinə görə, sabiq səhiyyə nazirinin saxlanma şəraitini öyrənmək məqsədilə Bayıldakı 1 saylı İstintaq Təcridxanasının rəhbəri ilə mütəmadi görüşlər keçirib. Süleymanova bildirib ki, İstintaq Təcridxanasında təmir işləri getdiyindən İnsanovun saxlandığı kamerada müəyyən xırda problemlər yaranıb.

İnsanov bir müddət öncə saxlandığı kameraya tüstü buraxıldığı barədə məlumat vermişdi.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti