...

Bakının 28 300 şagirdi "Son zəng"i qeyd edəcək

Cəmiyyət Materials 30 May 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Sabah Azərbaycanda "Son zəng" bayramı qeyd olunacaq. Bakı şəhər Təhsil İdarəsindən çərşənbə günü bildiriblər ki, 2006-2007-ci dərs ilində Bakıda 323 ümumtəhsil məktəbini 28 300-ə yaxın XI, 38 300-ə yaxın IX sinif şagirdi bitirir. Məlumata görə, növbəti dərs ilində təxminən 28 minə yaxın I sinif şagirdinin gələcəyi gözlənilir.

Bayram zamanı məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi tədbirlər planı hazırlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, "Son zəng"lə bağlı polis əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək. Xüsusilə orta məktəblərin ərazilərində polis əməkdaşlarının sayı artırılacaq.

Xəbər lenti

Xəbər lenti