...

Kanada Diabet Cəmiyyəti azərbaycanlı uşaqlara yardım edib

Cəmiyyət Materials 7 İyun 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Kanada-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Kanada Diabet Cəmiyyəti Lənkəranda şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz yardım edib. Trend in bölgə müxbirinin sözlərinə görə, 2000 dollar həcmində dərman preparatları (yüksək keyfiyyətli insulin preparatları) az təminatlı ailələrin üzvlərinə paylanılıb.

Kanada Diabet Cəmiyyəti ilin sonuna kimi bu istiqamətdə yenə yardım göstərəcək.

Lənkəran rayonu paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti