...

Bakıda növbəti caz festivalının açılışı oldu

Cəmiyyət Materials 9 İyun 2007 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, müx./TrendLife Eldar Hüseynzadə/Caz festivalı ölkəmizin mədəniyyət aləmində əlamətdar hadisədir. Orda nəinki ölərini göstərməyə yığışırlar, həm də dostlar əhatəsində musiqiyə qulaq asmağa gedirlər. Caz festivalının təşkilatçılarının kimliyindən asılı olmayaraq həmişə insanların, eləcə də mənim xatirəmdə ilıq, günəşli bir xatirə kimi qalır. Festivaldan festivala fərq var. Öz təcrübəmə əsaslanıb deyə bilərəm ki, mən Bakıda son beş ildə keçirilən, demək olar ki, bütün caz-festivallarda olmuşam. Birinci festival, demək olar ki, sıfır dərəcəsində idi. Həmin festivalı amerikalılar təşkil etmişdilər. İki min nəfər insan tutan Heydər Əliyev adına Sarayda gücnən 300 nəfər olardı. Bu hələ yaxşısıdır. Reklam çox zəif idi, maraqsız musqiçilər dəvət olunmuşdu, Azərbaycandan olan caz ifaçılarını hər tərəfdən sıxırdılar. Elə buna görə də anlaşılmazlıq yaranmışdı.

Bu il isə həm musiqiçilərin, həmdə tamaşaçıların əhval-ruhiyyəsi yüksəkdir. Cazmenlər xaricdən ən güclülərini dəvət ediblər. Hətta Əzizə Mustafazadəni bir təhər yola gətirmişdilər. Mətbuat işçiləri üçün də hər şey əla təşkil olunmuşdu. Hər şey əla idi.

Nəhayət ki, dünən Yaşıl Teatrda xüsusi açılış oldu. Əgər keçən illərə qədər konsertlər Milli parkda və yaxuddfantanda keçirləndə insanlar öz sevimlilərini ayaq üstə izləyirdilərsə, indi bu problem Yaşıl teatrın açılışı ilə tam həll olunub. Əla ərazi, təmiz hava, səhnənin yanında kafe. Oturmaqdan bezdinsə çıxıb teatrın ərazisini gəzib-dolaşa bilərsən. Bir sözlə, əsl istirahət. Əsas da caz bayramında festivalın təşkilatçısı "AzEuroTel"-in direktoru Nuru Əhmədova dərin minnətdarlıq düşür. Düzdür, hər şey yarım saat gec başladı. Bir az səs təminatında problemlər vardı. Xoşbəxtlikdən çıxışın əvvəlində hər şey qaydasında idi.

Yaşıl teatra hamıdan əvvəl müğənni Sevda Ələkbərzadə gəlmişdi. Müğənni: "Azərbaycanda caz festivalının ənənəvi hal alması sevindirici haldır. Mən hesab edirəm ki, hazırkı festival şəhərimizə böyük hədiyyədir. Hər şey yüksək səviyyədə keçir. Və bilirəm ki, maraqlı musiqiçilər gəliblər. Məsələn, Azərbaycan Əzizə Mustafazadəni çoxdan gözləyirdi. Baku Jazz Festvall - 2007 hərtərəfli bayramdır".

Görün, filarmoniyanın direktoru Murad Adıgözəlov TrendLife-a nə söylədi: "Çox xoşdur ki, caz festival artıq bir neçə dəfədir ki keçirilir. Bircə ona sevinirəm ki, birinci gündür bu cür ajiotajdır, getdikcə isə daha yaxşı olacaq. Mən də öz növbəmdə bütün təşkilatçılara, başda Nuru müəllimə dərin minnətdarlığımı bildirirəm. Bu, onun ideyası idi. Bütün iştirakçılara uğur arzulayıram. İnanıram ki, hər şey yüksək səviyyədə keçəcək. Azərbaycanda cazın səviyyəsi həmişə yüksək olub. İndi isə daha da zirvələrə qalxır. Bu keçirilən festivallar onu göstərir ki, bizim cazmenlər xaricdə iştirak edə bilərlər."

Eyyub Yaqubov Bakıda keçirilən bütün caz festivallarına gəlir. Bu fürsəti o indi də əldən buraxmamışdı. "Bu gün çox sevincliyəm. Bura bütün cazsevər bakılılar yığışıb. Hər şey əladır. Bizim çox istedadlı gənclərimiz var.Onlar qısa müddətdə dünya səviyyəsinə qədər yüksəlirlər. Çünki bizim folklor, muğam qızıl yatağıdır".

Açılış çox təmtaraqlı idi. Birinci nömrə keçəcək konsertə daha da yüksək ton verirdi. Natiq Şirinovun "Ritm" qrupu nağarada ifası ilə bütün tamaşaçıları valeh etdi (hərçənd nağara heç də caz deyil). Böyük əksəriyyət isə Bülbül adına məktəbin 11-ci sinif şagirdi İsfar Sarabovskinin çıxışından həzz alırdılar. Balaca olmağına baxmayaraq artıq tanınmış cazmendir. Onun ifa maneraları hamını heyran etmişdi.

Festivalda ən yaddaqalan çıxış isə Turanə Novruzova ( 8 yaş) və Fariz Əsədovuın (12 yaş) çıxışları oldu. Turan skripkada, Fariz isə fortepianoda ifa edirdi. Onun ifası böyük adamın ifası kimi inamlı və qüvvətli idi. Yeri gəlmşkən, onlar keçən il keçirilən caz festivalının laureatlarıdır. Caz muğamını isə Emil Məmmədov təqdim edirdi. Onu da qeyd edim ki, konsertdə həmçinin parlaq gənc cazçı Şahin Növrəsli də iştirak edirdi. Qonaq qismində gələn Aleksandr Oseyçukun qrupu "Green Wave" öz ifaları ilə tamaşaçıları sevindirdi. Yadımdan çıxmamış, bu gün onlar Caz mərkəzində master-klassla çıxış edəcəklər. Bu caz-festival həyatının bir günü idi. Görək, davamı necə olacaq...

Xəbər lenti

Xəbər lenti