...

Yeni Zelandiyanın otüstü hokkey yığmasının baş məşqçisi: Azərbaycan yığmasının Bakıda şansları yüksəkdir

Cəmiyyət Materials 9 İyun 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Azərbaycanlı hokkeyçilər "AtaHolding Champions Challenge" turnirində qələbəyə iddia edə bilər". Bunu Yeni Zelandiyanın baş məşqçisi yarış öncəsi deyib.

Çalışdırıcı doğma divarlar amilini nəzərə almaq şərti ilə meydan sahiblərinin şanslarını kifayət qədər yüksək dəyərləndirib. "Son illər komandanız yetərli qədər uğur əldə etdi, Avropa birinciliyinin final mərhələsinə vəsiqə qazandı. Bu artıq o deməkdir ki, otüstü hokkey burada yüksəlişdədir. Turnirin Bakıda keçirildiyini nəzərə alsaq, düşünürəm ki, komandanız hətta birinci yer uğrunda mübarizə apara bilər" - deyə Tauns vurğulayıb.

Eyni zamanda o etiraf edib ki, yarışda iştirak edən yığmalar təxminən eyni gücdədir və bu üzdən də hər oyunda amansız mübarizə gedəcək.

Xəbər lenti

Xəbər lenti