...

London Azərbaycan məktəbinin rəqs qrupu beynəlxalq musiqi festivalına qatılıb

Cəmiyyət Materials 12 İyun 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ London Azərbaycan məktəbinin rəqs qrupu beynəlxalq musiqi festivalına qatılıb. Bu barədə çərşənbə axşamı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Rəqs və Musiqi Mərkəzinin (International Dance and Music Centre) təşkil etdiyi ənənəvi "Xalq Rəqsləri Festivalı" başa çatıb. Türkiyəni təmsil edən folklor rəqs qruplarının fəal şəkildə iştirak etdiyi rəqs festivalına bu dəfə Şimali Kipr Türk Respublikasından rəqs kollektivləri və Londonda fəaliyyət göstərən "Caspian-Khazri" Azərbaycan məktəbinin rəqs qrupu da qatılıb. Artıq üçüncü ildir ki, təşkil edilən tədbirdə Taciyə Abbaszadə, Ülkər Nüsrətli və Fidan Hacıyevadan ibarət Azərbaycan rəqs qrupu 15 iştirakçı arasında 4-cü yerə layiq görülüb.

Xatırladaq ki, bu yaxınlarda Londondakı Azərbaycan məktəbinin şagirdləri Böyük Britaniya paytaxtında keçirilən Bilik Müsabiqəsində bürünc medal qazanmışdılar.

Xəbər lenti

Xəbər lenti