Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Koreya yığmasının forvardı Sel Ki Çon Bakıda keçirilən "AtaHolding Hockey Champions Challenge" beynəlxalq turnirin bombardirlər siyahısına başçılıq edir.
İki turdan sonra siyahıdakı birinciliyi ələ keçirən Çon kiçik künc zərbələrini gözəl yerinə yetirdiyinə görə iki dəfə fərqlənib. Siyahıda bu ölkənin daha dörd nümayəndəsi yer alıb, onların hər biri aktivinə bir xal yazdırıb. Koreya yığması isə turnirin vahid lideridir.
Maraqlıdır ki, üçüncü turda Koreya yığması Azərbaycan millisi ilə qarşılaşacaq. İki oyundan sonra yığmamızın aktivində xal yoxdur.