...

Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin rəhbəri: "İraqın minarələrinin partladılması müsəlmanlar arasında nifaqın salınmasına xidmət edir"

Cəmiyyət Materials 13 İyun 2007 18:27 (UTC +04:00)
Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin rəhbəri: "İraqın minarələrinin partladılması müsəlmanlar arasında nifaqın salınmasına xidmət edir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ İraqın iki minarəsinin çərşənbə günü səhər partladılması müsəlmanlar arasında nifaqın salınmasına xidmət edir. Bu bəyanatla çərşənbə günü Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu çıxış edib. Onun sözlərinə görə, indiki vəziyyətdə bütün müsəlmanlar, xüsusilə İraq müsəlmanları ayıq olmalıdır. Baş verənlərə səbr və dözüm göstərməlidir.

"Bu aksiyanı törətməklə müsəlmanlar arasında gərginliyi artıraraq, İraqı parçalamaq istəyirlər. Birmənalı olaraq partlayışı müsəlmanlar yox, müsəlmanları üz-üzə qoymaq üçün kənar qüvvələr törədib. Çünki partladılan imamların qəbri müsəlmanlar üçün çox müqəddəs yerdir", - deyə İbrahimoğlu əlavə edib.

İbrahimoğlu hesab edir ki, bu məsələyə görə məsuliyyəti Buş admistrasiyası daşımalıdır. Çünki onlar İraqda təhlükəısizliyin təmini üçün öhdəlik götürüb. "Düşünürəm ki, xarici hərbi-siyasi qüvvələr İraqı tərk etsə, xalq özü ölkəsinin probleminə nail olacaq" - İbrahimoğlu bildirib.

Partlayış bu gün səhər İraqın Samirə şəhərində (paytaxt Bağdaddan 95 kilometr şimalda yerləşir) törədilib. Terror aktı zamanı ölən və yaralananlar barəsində dəqiq məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti