Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çərşənbə günü BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Bruno Pueza ilə görüşüb.
Nazir Məmmədov Azərbaycanla BMT arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti, ölkənin məhkəmə sistemində aparılan islahatlar haqqında ətraflı məlumat verib.
Pueza Azərbaycanda iqtisadi inkişafla yanaşı, məhkəmə-hüquq sahəsində islahatların da uğurla inkişaf etməsindən razılığını ifadə edib. Görüşdə başqa mühüm məsələlər ətrafında da müzakirələr aparılıb.