Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Peyğəmbəri və İslam dinini təhqir etməkdə günahlandırılan jurnalistlər barəsindəki hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb. Apellyasiya Məhkəməsinin hakimi Rəsul Səfərov Trend ə bildirib ki, icraatına daxil olan bu şikayət üzrə prosesin vaxtı gələn həftə müəyyənləşdiriləcək. Samir Sədaqətoğlu və Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi (irqi, milli və dini nifrət və düşmənçiliyin salınması) ilə təqsirləndirilərək ötən ilin noyabrında həbs ediliblər.
Mayın 4-də Bakının Yasamal Rayon Məhkəməsinin hökmü ilə Sədaqətoğlu 4, Tağı isə 3 il azadlıqdan məhrum edilib.
Onlar "Avropa və biz" məqaləsində İslam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlər səsləndirməkdə günahlandırılırlar.