...

Azərbaycanın səhiyyə naziri: "Qəbələ RLS-in insanlara mənfi təsiri yoxdur" (video)

Cəmiyyət Materials 18 İyun 2007 17:03 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri: "Qəbələ RLS-in insanlara mənfi təsiri yoxdur" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Qəbələ rayonundakı Radiolokasiya Stansiyasının insanlara mənfi təsiri yoxdur. Bu barədə Azərbaycanın səhiyyə naziri, Qəbələ RLS-in ətraf mühitə təsiri ilə bağlı dövlət komissiyasının sədri Oqtay Şirəliyev bazar ertəsi Bakıda keçirdiyi mətbuat konfransında açıqlama verib.

Nazir qeyd edib ki, RLS-in insanların səhətinə təsiri ilə bağlı daim monitorinqlər aparılır. Şirəliyevin sözlərinə görə, əgər RLS - in insanlara mənfi təsiri olsaydı, bu son 15 ildə özünü biruzə verərdi.

Qəbələ RLS 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarə verilib. Bu günlərdə "böyük səkkizliyin" Almaniyada keçirilən görüşü zamanı Rusiya prezidenti V.Putin Amerika Birləşmiş Ştatlarına Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti