...

"AzərReyl" Çempionlar Liqasındakı mümkün rəqiblərini tanıyıb

Cəmiyyət Materials 20 İyun 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Qadınlardan ibarət "Azərreyl" voleybol klubunun Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşib.

Trend xəbər verir ki, yarışda 20 komanda iştirak edəcək ki, onlar da 5 qrupa bölünəcəklər. Avrokubokda ən çox təmsil olunacaq ölkə Italiya olacaq, belə ki, bu ölkəni üç komanda "Vini Montekyavo", "Assistel" və "Palavolo Sirio" Liqada təmsil edəcək. Türkiyə də yarışda üç komanda - "Türk Telekom", "Eczaçıbaşı" və "Fənərbaxça" komandaları ilə təmsil olunacaq.

İspaniyanın şərəfini "Mursiey" və "Tenerife", Fransanın şərəfini isə "Kannam" və "Mulxauzu" komandaları qoruyacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkatması iyunun 22-də Avropa Voleybol Konfederasiyasının mənzil qərargahında Vyanada olacaq.

Xəbər lenti

Xəbər lenti