Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Bakı" futbol klubu paraqvaylı forvard İsmayıl Rodriqeslə müqvilə imzalanmasına yaxındır.
Trend xəbər verir ki, hazırda hücumçu Azərbaycan çempionatının bürünc mükafatçısı olan "Bakı" komandasında baxışdadır və artıq bir neçə yoxlama oyununda da iştirak edə bilib. Ümumilikdə isə Cənubi amerikalı öz oyunu ilə pis təəssürat yaratmır və belə görünür ki, yaxın zamanlarda İntertoto Kubokunda çıxış edəcək Böyükağa Hacıyevin yetirmələrinə xeyir gətirə biər.
Diqqətəlayiqdir ki, paytaxt komandası transfer bazarında fəal komandalardan biridir və artıq bolqar yarımmüdafiəçi Asen Nikolov, afrikalı Əhməd Ticani, serb müdafiəçi Boyan İliç və digər futbolçularla müqavilə imzalaya bilib.