...

Milli Mətbuat Günü ilə bağlı Azərbaycanda həbsdə olun jurnalistlər əfv oluna bilər

Cəmiyyət Materials 21 İyun 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Huseynli/ Milli Mətbuat Günü ilə bağlı Azərbaycanda həbsdə olan jurnalistlər əfv oluna bilər. Bu bəyanatla cümə axşamı Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib.

Onun sözlərinə görə, hazırda həbsdə olun jurnalistlərlə bağlı vəziyyət araşdırılır. "İndiyə qədər dəfələrlə məhkum olunmuş jurnalistlər ölkə başçısı tərəfindən azad olunub. Təəssüflər olsun ki, bu əfv siyasəti jurnalistlərin islahına, sonrakı fəaliyyətindəki qanuna əməl etmək vərdişinə gətirib çıxarmır" - deyə Həsənov əlavə edib.

Həsənov bildirib ki, jurnalistlər əfv olunanda bunu özlərinin qələbəsi kimi qiymətləndirirlər. Onun fikrincə, əfv olunma qələbə deyil, insana doğru yola qayıtmaq üçün verilən imkandır.

Azərbaycanda Mətbuat Günü iyulun 22-də qeyd olunur. Hazırda ölkədə 7 jurnalist həbsdədir

Xəbər lenti

Xəbər lenti