...

Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru: "Azərbaycanlıların Gürcüstanın dövlət dilini bilməsi lazımdır"

Cəmiyyət Materials 21 İyun 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstanda yaşayan azərbaycanlıların işlə təmin olunması, cəmiyyətə inteqrasiyası üçün gürcü dilini bilmələri lazımdır. Bu barədə Bakıda səfərdə olan Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikişvili cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Kvemo-Kartli (Borçalı) bölgəsinə azərbaycanlıların kompakt yaşadığı rayonlar daxildir.

Qubernator bildirib ki, Gürcüstandakı Azərbaycan məktəblərində təhsil Azərbaycan dilində aparılır, həmçinin gürcü dili fənni tədris olunur: "Cünki azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiya etməlidirlər. Gənclərin məktəbi bitirdikdən sonra dövlət idarələrində işləməsi, həmçinin ünsiyyətdə problemlərin olmaması üçün dövlət dilini bilməsi lazımdır. Həmçinin azərbaycanlıların öz ana dilini və mədəniyyətini də inkişaf etdirməsinə köməklik göstərməyə hazırıq" - deyə qubernator qeyd edib.

Xəbər lenti

Xəbər lenti