...

Azərbaycanın keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsi zərəçəkənlərin ifadələri ilə davam edir

Cəmiyyət Materials 25 İyun 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən daha 17 şəxsin məhkəməsi zərəçəkənlərin ifadələri ilə davam etdi.

Günün ikinci yarısı 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə məhkəmə iclası zərərçəkmişlərin ifadələri ilə davam edib. Məhkəmə prossesində 12 zərərçəkmiş dindirilib. Zərərçəkənlər əsasən Çernobıl əlilləri və Qarabağ əlilləri, onların ailə üzvləri məhkəmə ifadəsində bildirdi ki, 2004-cü ilin avqust ayından noyabr ayınadək özəlləşdirmə payının alınması üçün yerli orqanlara müraciət etsələr də, onlara özəlləşdirmə payı əvəzinə 20 min manat (AZM) təklif olunub. Zərəçəkmişlər ifadələrində göstəriblər ki, onlara çatacaq özəlləşdirmə paylarının əvəzinə 20 min manat təklif olunmasını özlərinə təhgir hesab etdikdən pulu götürməkdən imtina ediblər. Zərərçəkmişlər ifadələrinin sonunda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev tərəfindən mənimsənildiyi göstilərən özəlləşdirmə paylarını tələb ediblər.

Hakim elan edib ki, F.Əliyevin vəkili Elton Quliyevin ötən prosesdə 2004-cü ildə çek alarkən qeydiyyata götürülmüş vətəndaşların siyahısının müvafiq qurumlardan alınmasını barədə qaldırdığı vəsatətə baxılıb və vəsatət təmin edilib.

Məhkəmə həmin siyahıların alınması ilə əlagədar İqtisadi inkişaf Nazirliyinə sorğu göndərəcək.

Məhkəmə prosesi iyunun 27 -də davam edəcək.

Xəbər lenti

Xəbər lenti