...

Konsert təşkilatçısı Xatirəni aldadıb

Cəmiyyət Materials 28 İyun 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /müx.TrendLife Günel Əhmədova/TrendLife bir müddət əvvəl 30 iyun - "Sevgililər günü"ndə Yaşıl Teatrda yerli ulduzların iştirakı ilə konsert proqramı təqdim olunacağı barədə məlumat verib. Xatırladaq ki, "Demokratik Azərbaycanlılar" İctimai Birliyinin təşkil etdiyi musiqili tədbirdə Nazpəri Dostəliyeva, Aygün Kazımova, Namiq Qaraçuxurlu, Xatirə İslam, İzzət Bağırov və "Şeron" qrupunun iştirakı nəzərdə tutulub.

Xatirə İslamın mətbuat katibi TrendLife-ın müxbirinə telefon açaraq təşkilatçıların müğənninin adını onun razılığı olmadan siyahıya saldıqlarını dedi:

"Bizə konsert barədə Zaur adlı birisi xəbər verdi (qeyd edək ki, konsertin təşkilatçılarından biri Əvəz Zeynallıdır). Həmin gün Xatirə xanımın qrafikinin sıx olduğunu və konsertə gələ bilməyəcəyini onun diqqtinə çatdırdıq. Amma bir neçə gündən sonra konsertin reklam kompaniyasında Xatirənin adının qeyd olunduğunu gördük. Təşkilat komitəsinə müraciət edəndə bizə "ad qalsın, gəlməsə, onun yerinə başqa müğənni çıxararıq" - deməklə məsələnin üstündən keçməyə çalışıblar".

Amma Xatirə belə düşünmür. Müğənni hesab edir ki, təşkilatçı onun adından, "Sevgililər günü"ndən istifadə etməklə büdcəsini artırmaqla məşğuldur. "Dostlarım zəng vuraraq, mənə görə konsertə bilet aldıqlarını söyləyirlər. Təşkilatçı isə etirazıma baxmayaraq tamaşaçısını aldadır" - deyə müğənni bildirdi.

Xəbər lenti

Xəbər lenti