Azərbaycan, Bakı, 29 iyun /müx. "TrendLife" Vüqar Vüqarlı/ Tanınmış aparıcı, şoumen Azər Axşam yeni şou hazırlayır. Düzdür, bu şounu yeni adlandırmaq olmaz. O, artıq "Lider" telekanalında "Talant" şounu aparırdı. Sadəcə indi layihədə bir az yenilik olacaq. Azər "TrendLife"a bunları dedi: "Mən belə qərara gəldim ki, "Talant" şouya bizim kino, estrada, idman ulduzlarını dəvət edim. Ulduzlar özlərinin keyfiyyətlərini nümayiş etdirəcəklər". Onu da qeyd edək ki, layihə yeni mövsümdən, yəni sentyabr ayından yayımlanmağa başlayacaq.