...

Müğənni Elariz parik taxmağa məcbur olub

Cəmiyyət Materials 29 İyun 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /müx.TrendLife Vüqar İmanov/Estardamızın bir çox müğənniləri kinomatoqrafiyaya üz tutublar. Kinoekranın növbəti "qəhrəmanı" Elariz Məmmədoğlu oldu. O, Əhməd Orucoğlunun "Kişiləri qoruyun" kinokomediyasında iki rolda birdən çəkilib.

Müğənninin TrendLife-a verdiyi məlumata görə, filmdə toy müğənnisi, bir də onun tələbəsi rolunda oynayıb. Lakin müğənninin tələbəsi rolunda oynadığı üçün özünə parik bakenbard yapışdırmağa məcbur olub. İndi təsəvvür edin ki, Elariz nəyə oxşayıb!

Onu da qeyd edə ki, çəklişlərdə tanınmış aktyorlar Yaşar Nuri, Ramiz Əzizbəyli, Çingiz Əhmədov və yumorist Coşğun Rəhimov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti