Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan yığmasının liderlərindən olan Elnur Məmmədli Avropa Cüdo İttifaqının (ACİ) növbəti reytinqinin nəticələrinə əsasən ikinci yeri tutub.
73 kq-dək olan çəki dərəcəsində ötən il Avropa birinciliyini udan idmançımız ən yaxın izləyicisi türkiyəli Sezər Uysuzu doqquz xal qabaqlayır.
Gənclər arasındakı dünya birinciliyinin və Parisdəki Dünya Superkubokunun qalibi Nicat Şixalizadə ( 60 kq) üçüncü, Mehman Əzizov ( 81 kq) isə dördüncü sırada qərarlaşıb.
Pekinə yollana biləcək digər namizəd Mövlud Mirəliyev hələlik 12-ci yerdədir. Dünya Kuboku mərhələlərinin mükafatçısı Kifayət Qasımova ( 57 kq) isə yeddinci yeri tutub.