Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2007-2008-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas məktəblərinə (11 illik təhsil bazasından) sənədlərin qəbulu cümə axşamı başa çatdı. Bu barədə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
TQDK Azərbaycanın bütün bölgələrini əhatə edən 118 Sənəd Qəbulu Komissiyasından daxil olmuş ərizələrin emalını davam etdirir. İyulun beşində saat 12:00-dək emal olunmuş ərizələrin bölmələr və ixtisas qrupları üzrə paylanması aşağıdakı kimidir.
Cədvəldəki rəqəmlər emal olunmuş ərizələrin sayını göstərir. Ali Hərbi Məktəbin, hərbi orta ixtisas tibb məktəbinin və hərbi liseylərin planları və təqdim olunan ərizələr buraya daxil deyil.
Ərizələrin emalı davam edir.