...

2016-Olimpiadasını qəbul etmək uğrunda Bakının rəqiblərinin sayı azalıb

Cəmiyyət Materials 6 İyul 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ 2016-cı ildə Yay Olimpiadasını qəbul etmək hüququ uğrunda Bakının rəqibi azalıb.

Roma ərizəsini geri götürüb və namizədlər mübarizəsində iştirak etməyəcək. İtaliyanın paytaxt şəhərinin ərizə komitəsi bu addımın səbəbi kimi son Olimpiya oyunlarının Avropada keçirilməsini və praktiki cəhətdən şansının olmamasını göstərib. 2006-cı il oyunları Afinada keçirilib, Ağ Olimpiada-2006 Turində olub. 2012-ci il oyunlarının keçirilməsi uğrunda mübarizədə isə London qalib gəlib. Ona görə də Roma mövqeyinə yenidən baxmaq və 2020-ci il oyunları uğrunda mübarizə aparmaq niyyətindədir.

Bakı ilk dəfədir ki, namizədliyini irəli sürüb. Bu mübarizədə həmçinin Çikaqo, Tokio, Nyu-Dehli və digər şəhərlər də iştirak edir.

Xəbər lenti

Xəbər lenti