...

"Trend" agentliyi "Azərenerji"nin keçirdiyi enerji mövzusunun peşəkar işıqlandırılması üzrə müsabiqənin qaliblərindən biri olub

Cəmiyyət Materials 13 İyul 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" SC KİV-lər arasında keçirilən müsabiqənin birinci ayının yekunlarını müəyyən edib. Müsabiqənin qalibləri Trend informasiya agentliyi, "AzərTAC" dövlət agentliyi, "Azərbaycan" və "Olaylar" qəzetləri olub. Qaliblərin mükafatlandırılması iyulun 22-si - milli mətbuat gününə təyin olunub.

"Azəreneji"nin məlumatında göstərilib ki, bu KİV-lər milli energetika fəaliyyətini, enerji müəssisəsinin gündəlik işini, enerji layihələrinin həyata keçirilmə prosesini, istehlakçıların enerji təminatının vəziyyətini daha ətraflı, obyektiv, operativ və peşəkarcasına işıqlanıdırblar.

Bu müsabiqə ilə yanaşı "Azərenerji" SC bir sıra digər müsabiqələr də keçirir. Bu günlərdə "Azərenerji" "Həmişə işıq olsun!" foto-müsabiqəsi keçirir. Təhsil Nazirliyi ilə birgə orta məktəblərin yuxarı sinif şagirdləri arasında "Elektrik enerjisinə qənaət məktəblilərin gözü ilə" mövzusunda inşa müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Qalib hər ayın sonunda müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti