...

Teleaparıcı Firdovsi Atakişiyev: "Biz məzuniyyətə çıxmırıq"

Cəmiyyət Materials 14 İyul 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Adətən yayda bütün verilişlər məzuniyyətə gedir. Biz isə artıq bir dəfə göstərilmiş verilişlərin təkrarına baxmağa məcbur oluruq. Bu yay isə vəziyyət bir az dəyişəcək. Aparıcı Firdovsi Atakişiyevin "TrendLife"a verdiyi məlumata görə, yayda öz işini davam etdirəcək. "Biz hazırda "İri planda" verilişinin bir neçə hissəsini çəkirik. Hamı öyrəşib yayda verilişlərin təkrarına baxmağa. Biz isə bu yay tamaşaçılara yeni nömrələrimizi təqdim edəcəyik. Bu yolla bir daha tamaşaçılara sübut edirik ki, biz onlar üçün dincəlmədən işləyirik".

Xəbər lenti

Xəbər lenti