Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Milli Televiziya və Radio Şurası cümə günü Böyük Britaniyanın "BBC" radiostansiyasının Azərbaycanda yayımı üçün birillik lisenziya verilməsi məsələsinə baxacaq. Bu barədə Teleradio Şurasından məlumat verilib.
İclasda "BBC"nin yayımının davam etdirilməsi üçün növbəti il üçün lienziya verilməsi gözlənilir. Teleradio Şurası Amerikanın "Azadlıq" və "Amerikanın səsi" radiolarına artıq lisenziya verib.
Teleradio Şurası bu gün həmçinin "Lənkəran TV"nin tezliyinə elan olunmuş müsabiqənin müddətinin uzadılmasına dair qərar çıxaracaq. Belə ki, iyulun 19-da başa çatan tenderdə yalnız bir iştirakçı ("Cənub TV" adlı şirkət) olduğundan müsabiqə alternativsizlik şəraitində keçib. Ona görə də nəticə etibarsız sayılaraq müsabiqənin müddəti yenidən uzadılacaq.