...

Bakıda təntənəli şəkildə kino günü qeyd olunacaq

Cəmiyyət Materials 20 İyul 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Avqustun 2-də Bakıda Azərbaycan kinosu günü qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın TrendLife-a verdiyi məlumata görə, bayram saat 17:00-da "Azərbaycan" kinoteatrının önündə olacaq. Azərbaycan Dövlət Film Fondunun hazırladığı sərgi də açılacaq. Ekspozisiyalarda sonuncu Azərbaycan filmlərindən şəkillər nümayiş etdiriləcək. Gecənin sonunda isə konsert keçiriləcək, Azərbaycan filmlərindən mahnılar səslənəcək.

Xəbər lenti

Xəbər lenti