Azərbaycan, Bakı, 20 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Azərbaycanın əməkdar artisti Brilyant Dadaşova "Vusal körpüsü" mahnısına klip çəkdirməyə hazırlaşır. Düzdür, klip təzə olsa da, çəkilişləri aparan köhnə rejissor Ülviyyə Könüldür.
Çəkiliş meydançalarında hər iki xanım əməkdaşlıq edəcəklər. Brilyant "Akademiya" müsabiqəsinin finalçılarından biri olan Erkin Osmanlı ilə, Ülviyyə isə Samir Fərzəlibəyovla işləyəcək. Bu haqda TrendLife-a Samir xəbər verib.
Onu da qeyd edək ki, klip kompüterli qarafikada çəkiləcək.