...

Teleradio Şurası güc strukturlarına müraciət edəcək

Cəmiyyət Materials 20 İyul 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda kabel televiziyalarının qanunsuz yayımının qarşısının alınması üçün Milli Televiziya və Radio Şurası Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və müvafiq icra strukturlarına müraciət edəcək.

Teleradio Şurasından cümə günü verilən məlumata görə, bununla bağlı Şuranın bu gün keçirilən iclasında qərar qəbul edilib. Müraciətdə qanunsuz fəaliyyət göstərən kabel televiziyalarının yayımının dayandırılması üçün müvafiq huquqi tədbirlərin görülməsi xahiş olunacaq.

Azərbaycanda 10-dan artıq kabel televiziyasının yayımı üçün lisenziya verilib.

Xəbər lenti

Xəbər lenti