...

"Media açarı" mükafatı qaliblərinə təqdim edilib

Cəmiyyət Materials 20 İyul 2007 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend , müxbir S.İlhamqızı/ Hər il Milli Mətbuat Günü ərəfəsində keçirilən "Media açarı" müsabiqəsi bu il də təşkil olunub. Cümə günü Azərbaycan Dövlət Filarmoniyasında "Media açarı" müsabiqəsi qaliblərinə mükafatları təqdimetmə mərasimi keçirilib.

"Yeni nəsil" Jurnalistlər Birliyi, Mətbuat Şurası və Demokratik Jurnalistlər Liqasının birgə təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə 5 nominasiya üzrə yazılar qəbul olunub. Təqdimat mərasimində təşkilatçıların bildirdiyinə görə, müsabiqəyə 60 yazı təqdim edilib. Münsiflər heyəti hər nominasiya üzrə üç qalib yer müəyyən ediblər. Tədbirdə qaliblərə "Media açarı" heykəlciyi və "Azərcell"in xüsusi hədiyyələri təqdim edilib.

Xəbər lenti

Xəbər lenti