Azərbaycan, Bakı, 24 iyul /müx. "TrendLife" Səbinə Haşımova/ Müğənni Elton Hüseynəliyevin meneceri Raminin "TrendLife"a verdiyi məlumata görə, müğənni telekanalların birində aparıcılıq etməyə dəvət alıb. Elton bu yaxınlarda Türkiyədən qayıdıb. O, orada Rəhim Rəhimli ilə görüşüb və yeni bir klip çəkdirib. Türkiyədə çəkilən klip artıq hazırdır. Tezliklə ekranlarda nümayiş olunacaq. Hazırda müğənninin gələcək planlarında islam mövzusu ilə bağlı klip çəkilişi var.