...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 25 İyul 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi davam edib.

Günün birinci yarısı iki şahid dindirilib. Əvvəlcə Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşı Natiq Vəliyev şahid qismində ifadə verib. O, ifadəsində göstərib ki, 2003-ci ilin yayında Agentlikdə işlər şöbəsinin müdiri işləyərkən Agentliyin balansında olan elmi-texniki kitabxana özəlləşdirilib. Kitabxana isə Nərimanov rayonu ərazisinə köçürülüb. Şahid kitabxananın ərazisinin F.Əliyev tərəfindən özəlləşdirildiyi barədə sonradan öyrəndiyini bildirib.

Sonra Gəncə Xalça Kombinatı MMC-nin keçmiş işçisi Abdulla Abdullayev ifadə verib. Şahid ifadəsində göstərib ki, kombinat "Məftun tekstil" MMC tərəfindən özəlləşdirilib, sonradan isə bilib ki, kombinatın özəlləşdirilməsi F.Əliyevin göstərişi ilə olub.

Xəbər lenti

Xəbər lenti