...

Qrossmeyster Teymur Rəcəbov Bilada keçirilən turnirin liderliyinə daxil ola bilər

Cəmiyyət Materials 31 İyul 2007 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Bilada (İsveçrə) keçirilən ənənəvi turnirin liderliynə daxil ola bilər.

Trend in verdiyi məlumata görə, bu o halda baş verəcək ki, yeddinci tur çərçivəsində istirahət günündən sonra yerli qrossmeyster holland Luk Van Velini məğlub etsin, oyunun Norveçdən olan favoriti Maqnus Karslen isə lövhənin sahibi Yannik Peletyeyə məğlub olsun. Altı oyun günündən sonra Rəcəbovun dördüncü yerdə olmasına baxmayaraq, ABŞ şahmatçısı Aleksandr Onişuk və macarıstanlı Yudit Polqar ilə eyni göstəriciyə malik olmaqla skandinaviyalı şahmatçıdan bir xal geri qalır.

Qeyd edək ki, beş heç-heçə oyundan sonra Teymur israilli Boris Avruxa qalib gəlib və Bilada uğurlu çıxış şansını artırıb.

Xəbər lenti

Xəbər lenti