...

"Bizim yol" qəzetinin əməkdaşının işi üzrə ekspertiza keçirilib

Cəmiyyət Materials 1 Avqust 2007 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Rüşvət almaqda şübhəli bilinərək həbs edilən "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun vəkili Vüqar Xasayev çərşənbə günü 1 saylı Bayıl istintaq təcridxanasında müdafiə etdiyi şəxslə görüşüb. Bu barədə çərşənbə günü Bakıda vəkil Xasayev məlumat verib.

Vəkil qeyd edib ki, jurnalistin səhhətində ciddi problemlər yaranıb: "Müşfiqin səhhətində əvvəllər də problemlər olub. İndi qapalı şəraitdə saxlanılması səhhətində olan ağrıları artırıb". Onun sözlərinə görə, Hüseynovun vərəm xəstəlyi ilə əlaqədar rentgen müayinəsindən keçirilməsi gözlənilsə də, bu hələlik reallaşdırılmayıb.

Xasayevin sözlərinə görə, istintaq orqanı jurnalistin şübhəli bilindiyi fakt üzrə ekspertiza keçirib: "Mən ekspertizanın qərarı ilə tanış oldum".

"Bizim yol" qəzetinin əməkdaşı Hüseynov iyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə cinayət işi qaldırılıb. Nəsimi Rayon Məhkəməsi Hüseynov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib. Jurnalist özünə qarşı irəli sürülən ittihamla razılaşmır və bunu böhtan hesab edir.

Xəbər lenti

Xəbər lenti