...

"Bakı"nın baş məşqçisi çempionatın təqvimindən razıdır

Cəmiyyət Materials 2 Avqust 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Bakı" klubunun baş məşqçisi Böyükağa Hacıyev avqustun 11-də start götürəcək birinciliyin təqvimindən tamamilə razıdır.

Klubun rəsmi saytının məlumatına əsasən çalışdırıcı etiraf edib ki, çempionatda uğurlu çıxış müəyyən mənada oyun təqvimi ilə bağlıdır. "Zənnimcə, birinci turda "Gənclərbirliyi" ilə görüş bizim üçün sərfəlidir. Demək istəmirəm ki, birinciliyin başlanğıcında adlı-sanlı rəqiblə görüşməkdən çəkinirik. Sadəcə ilk oyunlar adətən çətin alınır. Ona görə də klub sumqayıtlıları məğlub edərək birinciliyə qələbə ilə başlamaq istəyir" - deyə Hacıyev vurğulayıb.

Qeyd edək ki, "Bakı" üçün mövsüm İntertoto Kubokundakı çıxışdan başlayıb. Yarışın ilk mərhələsində komandamız iki oyunun nəticəsinə görə Moldovanın "Daçiya"sına uduzub.

Xəbər lenti

Xəbər lenti