...

Olimpiya çempionu Namiq Abdullayev Polşadakı turnirdə çıxış edəcək

Cəmiyyət Materials 3 Avqust 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın sərbəst güləş üzrə yığmasının məşqçi korpusu 10-14 avqustda Polşadakı beynəlxalq turnirdə çıxış edəcək idmançıların kimliyini müəyyənləşdirib.

Komandaya olimpiya çempionu Namiq Abdullayev, Namiq Sevdimov (hər ikisi 55 kq), Abil İbrahimov ( 60 kq), Elman Əsgərov, Ramazan Əbdürəhmanov (hər ikisi 66 kq), Elnur Aslanov, Çamsulara Çamsularayev (hər ikisi 74 kq), Novruz Temrezov ( 84 kq), Xetaq Qazyumov ( 96 kq) və Əli İsayev ( 120 kq) daxil olub. Onlar baş məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər. Bu turnirdə Azərbaycan həmçinin hakim korpusunda təmsil olunacaq. Ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edəcək.

Yarış yığma üçün sentyabrda Bakıda keçiriləcək dünya çempionatına hazırlığın son mərhələsi olacaq. Bu lisenziya xarakterli turnir olduğundan Polşaya bir çox titullu atletlər yollancaq.

Xəbər lenti

Xəbər lenti