...

Azərbaycanın voleybol üzrə yığmasının veteran üzvünün komandanın sıralarına qayıtması təxirə salınır

Cəmiyyət Materials 4 Avqust 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanın voleybol üzrə yığmasının veteran üzvü Yelena Şabovta güman ki, avqustun 28-də Bakıda başlanacaq Heydər Əliyev kubokunda iştirak etməyəcək. Hazırda voleybolçu dizindən aldığı zədənin müalicəsi prosesindədir və tibbi müayinə üçün xaricə yollanıb. Yaxın zamanlarda həkimlər Şabovtanın tam olaraq oyun meydanına qayıb qayıtmayacağı barədə qərar verəcəklər.

Qeyd edək ki, bu yaxınlarlda bu günlərə qədər Türkiyənin "Karşıyaka" klubunda çıxış edən Yelenanın dizində əməliyyat aparıdlıb və o bu əməliyyatdan hələ ki sağalmayıb. Baş məşqçi Faiq Qarayevin Avropa qran-prisində və avropa çempionatında ona arxalanmasına baxmayaraq bu vəziyyətdə Şabovtanın güman ki, oyunda rolu başqası ilə əvəz olunacaq.

Xəbər lenti

Xəbər lenti