...

Azərbaycanın sabiq polis əməkdaşının apellyasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 7 Avqust 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsində DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyət müvəkkili, ömürlük həbsə məhkum edilmiş Hacı Məmmədovun və onun müxtəlif müddətlərə məhkum edilmiş dəstə üzvlərinin apellyasiya şikayətinə baxılacaq. Bu barədə Bakı Apellyasiya Məhkəməsindən xəbər verilib. Prosesə hakim Rəsul Səfərov sədrlik edəcək.

Məmmədovun və dəstə üzvlərinin apellyasiya şikayətinə dair məhkəməyə hazırlıq iclası hələ mayın 15-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Şahin Yüsifovun sədrliyi ilə keçirilmişdi. Məhkəmə sistemindəki islahatlarla əlaqədar işə baxılması müvəqqəti dayandırılmışdı və Şahin Yusifov Ali Məhkəminin Hərbi Kollegiyasının sədri təyin olunduğundan, bu iş onun icrasından geri götürülmüşdü. Hazırda işə yeni tərkib baxacaq.

Adam oğurluğunda, qətllərdə və digər ağır cinayətlərdə təqsirləndirilən Məmmədov, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov, həmin idarənin şöbə rəisi Kamil Sədrəddinov və digərləri Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 19 yanvar 2007-ci il tarixli hökmü ilə ömürlük və müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Xəbər lenti

Xəbər lenti