...

Təvəkkül Bayramov Universiadanın 1/4 finalına çıxıb

Cəmiyyət Materials 9 Avqust 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı taekvondoçu Təvəkkül Bayramov (+ 84 kq) Banqkokda start götürən Ümumdünya Universiadadakı çıxışına qələbə ilə başlayıb.

Trend in xəbərinə görə, o, 1/8 finalda cariilki mundialın mükafatçısı qazax Saqiniş Kalımbetovu 1:0 hesabı ilə məğlub edib. İdmançımızın rəqibi Asiya çempionudur. Kalımbetov sonuncu mundialda (Çin) da mükafatçılar sırasında idi. Lakin bu, Təvəkkülə bu müddətdə ikinci dəfə onu məğlub etməyə mane olmayıb .

İndi 1/4 finalda Bayramov dünyanın ən güclü idmançısı sayılan iranlı Yusif Kərimi ilə üzə-üzə gəlməli olacaq. Universiadada ilk görüşdə o, polşalı Simqaj Lukaşı 5:1 hesabı ilə məğlub edib . Ona görə də onun üçün Təvəkküllə qarşılaşma xüsusi önəm kəsb edəcək.

Xəbər lenti

Xəbər lenti