...

Cəbhə xəttində yerləşən məktəb yararsız vəziyyətə düşüb

Cəmiyyət Materials 11 Avqust 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend , müx. Ş.Cəliloğlu/ Son 10 gündə intensiv olaraq Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalan Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən ümumtəhsil məktəbinə xeyli ziyan dəyib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri Tərtər rayonunun işğal altında olan Talış kəndindən üzbəüz mövqeləri atəşə tutması nəticəsində qoşunların təmas xəttinin 300-400 metrliyində yerləşən Tapqaraqoyunlu kənd orta məktəbi istifadəsiz vəziyyətə düşüb. Belə ki,  məktəbin dam örtüyü, hasarları, pəncərələri dağılıb. Ümumilikdə məktəbə 3 min manata yaxın ziyan dəyib. Bir necə gündən sonra rayon İcra Hakimiyyətinin daxili büdcəsi hesabına məktəbdə təmir işlərinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti