...

Aktyor Firdovsi Atakişiyev: "Xarici rejissorlar Azərbaycan aktyorlarının səviyyəsindən məmnun qalırlar"

Cəmiyyət Materials 11 Avqust 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Çox vaxt belə bir şayiələr, söhbətlər gəzir ki, aktyorlar üçün ən yaxşı iş yeri seriallardır. Məsələn, Rusiyada bu sferada tanınmış aktyorlar iştirak edir. Birincisi, onlar işlərinə görə xeyli məvacib, ikincisi isə böyük zövq alırlar. Belə bir hal bizdə də gözlənilir. Nə vaxt? Bu barədə öz fikirlərini Firdovsi Atakişiyev "TrendLife"la bölüşdü: "Seriallar aktyorlar üçün gözəl məşğuliyyət bazarıdır. Rus rejissorları hansısa bir filmi çəkəndə və ora bizim aktyorları dəvət edəndə, Azərbaycan kino məktəbinin səviyyəsindən məmnun qalırlar. Mən onların razılığının bir neçə dəfə şahidi olmuşam. Seriallar xalqın mentalitetini əks etdirir. Həmin seriallarda biz adi insanları görürük. Serial nə qədər sadə və səmimi olsa, bir o qədər gözəl olar. Mən yerli kanallarımızda nümayiş etdirilən Türkiyə, Latın Amerikası, Rusiya seriallarının əleyhinə deyilən. Qoy göstərsinlər. Lakin mən ekranda Azərbaycan seriallarını da görmək istərdim".

Xəbər lenti

Xəbər lenti