...

Şəhrun Yusifova Universiadada Taypey təmsilçisinə məğlub olub

Cəmiyyət Materials 13 Avqust 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan taekvondoçusu Şəhrun Yusifova ( 47 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasında çıxışını 1/8 final mərhələsində bitirib.

Dəfələrlə qitə birinciliyinin mükafatçısı olan Şəhrun Taypeyi təmsil edən Şu-Çun Yanqa məğlub olub. Görüşün əksər vaxtı asiyalının diqtəsi altında keçib. O, həmyerlimizə 5 zərbə endirib. Şəhrun isə cəmi bir cavab verə bilib.

Yusifovanın çıxışı Azərbaycan taekvondo yığmasının Tailandakı çıxışının yekunu olub. Beş gün keçən turnirdə yığmamız heç bir mükafat qazana bilməyib.

Ən yaxşı nəticələri 1/ 4 finaladək irəliləyən mundial mükafatçısı Təvəkkül Bayramov ( 84 kq) və İlkin Şahbazov ( 67 kq) göstərə biliblər.

Xəbər lenti

Xəbər lenti