Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Valeh İbadovun Hüquqlarının Müdafiə Komitəsi yaradılıb. Bu barədə çərşənbə axşamı Müdafiə Komitəsindən məlumat verilib.
Komitə Milli Qüvvələrin Əməkdaşlıq Mərkəzinin Təşkilat Komitəsi, "Bizim Azərbaycan" bloku və Azərbaycan Yolu Siyasi Hərəkatının təşəbbüsü ilə yaradılıb.
Müdafiə Komitəsinin ilk iclasında qurumun rəhbəri seçilib və iş planı təsdiq edilib. Müdafiə Kimitəsinin gələcəkdə genişlənməsi məsələsi açıq saxlanılıb. Quruma Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov sədr seçilib.
İbadov 1998-99-cu illərdə Biləsuvar rayonunda fermer təsərrüfatı ilə məşğul olarkən rayon pambıq zavoduna borc öhdəliyi yaranıb. Bir müddət əvvəl məsələ ilə bağlı cinayət işi açılıb və İbadov həbs olunub.
ALDP 90-cı illərin sonlarında yaradılıb. Partiyanın o vaxtkı sədri Zakir Məmmədov sədri 2000-ci ildə baş verən bədbəxt hadisə nəticəsində düynasını dəyişəndən sonra ALDP bir neçə yerə parçalanıb. Partiyanın bir hissəsinə İbadov rəhbərlik edir.