...

Böyük Britaniya səfirliyi Azərbaycan hokkeyçilərinə viza verib

Cəmiyyət Materials 15 Avqust 2007 11:12 (UTC +04:00)
Böyük Britaniya səfirliyi Azərbaycan hokkeyçilərinə viza verib

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Böyük Britaniya səfirliyi Mançesterə qitə birinciliyinə yollanan Azərbaycanın otüstü hokkey yığmasının milliləşdirilmiş legionerlərinə viza vermək qərarına gəlib

Milli Federasiyanın baş katibi Yaqub Nuriyev Trend ə bildirib ki, məsələ müsbət həll olunub və səfirlik İngiltərəyə yollanacaq idmançılara bütün lazımi sənədləri verib. Bu işdə Azərbaycan XİN-in və Milli Federasiyanın təminatları nəzərə alınıb. Odur ki, artıq baş məşqçi Tahir Zaman qitə birinciliyində koreyalı hokkeyçilərin xidmətlərindən tam yararlana bilər.

Xatırladaq ki, bu çempionat lisenziya xarakterli olacaq və ən yaxşı nəticə göstərən üç yığma komanda Pekin olimpiadasına vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti